Mingəçevirdə minik avtomobili mikroavtobusla toqquşub


15:17     19 Mart 2020 qeza_yeni.jpg

Mingəçevirdə minik avtomobili mikroavtobusla toqquşub.

Femida.az-ın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, “KİA” markalı maşın 7 saylı şəhərarası marşrut xətti ilə hərəkət edən mikroavtobusla toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəysə də ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 384