Mart ayı üzrə pensiyalar vaxtından əvvəl verildi


16:25     19 Mart 2020 pensiya%20bankomat.jpg

Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayram ərəfəsində yekunlaşıb.

Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

"Ödənişin həyata keçirilməsinə hələ martın ilk həftəsində başlanılmışdı və bütün ölkə üzrə bu proses başa çatdı. Xüsusi rütbəli şəxslərin, hərbi qulluqçuların, dövlət qulluqçularının və b. da mart ayı üzrə pensiyaları ödənilib. Eyni zamanda, müavinət və təqaüdlərin də qrafikdə nəzərdə tutulduğundan əvvəl olmaqla bayrama qədərki günlərdə ödənilməsi təmin olunub", - deyə o, qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 203