Vəkillərə mobil telefonla etibarnamə vermək mümkün oldu
18:51 19 Mart 2020
"Mobil notariat"ın bu gündən yeni "Vəkilə verilən etibarnamələr" funksiyası istifadəyə verilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların tətbiqi və onların mobil versiyalarının hazırlanması üzrə ardıcıl tədbirlər həyata keçirilir. Nazirlik tərəfindən notariat xidmətlərinin çevik, asan və məsafədən göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası və "Mobil notariat" proqram təminatı istifadəyə verilib.
Artıq dörd aydır ki, vətəndaşlar notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələrin elektron rəsmiləşdirilməsi xidmətindən səmərəli bəhrələnirlər. Proqram istifadəçilərinin sayı 30 mini ötüb və bu növ çoxsaylı etibarnamələr elektron qaydada rəsmiləşdirilib.
Bundan başqa tətbiq vasitəsilə şəxsin nəqliyyatdan istifadə edilməsinə dair etibarnamələrin verilməsi, eləcə də şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil cihazda saxlanılması, sənədin qüvvədən düşməsi barədə məlumatın dərhal alınması və elektron versiyasından istifadə edilməsi mümkündür.
Əhaliyə təqdim olunan bu innovasiyaların funksionallığının artırılması üzrə işlər davam etdirilərək "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində "Mobil notariat" telefon tətbiqinə daha bir yeni – "Vəkilə verilən etibarnamələr" funksiyası əlavə olunub.
Novruz bayramı ərəfəsində martın 19-dan istifadəyə verilən vəkil etibarnamələrinin mobil cihazlar vasitəsilə elektron qaydada verilməsi imkanından vətəndaşlar AppStore və PlayStore elektron platformasından pulsuz olan "Mobil notariat" tətbiqini yükləyərək qeydiyyatdan keçdikdən sonra, habelə hazırkı istifadəçilər proqramı yeniləməklə yararlana bilərlər.
Qeydiyyat prosedurunun sadələşdirilməsi məqsədilə yaxın vaxtda “ASAN login” qeydiyyat üsulundan da istifadə edilməsi nəzərdə tutulur.
Etibarnamələrin mobil qaydada verilməsi həftənin 7 günü 24 saat ərzində mümkündür və proses cəmi 5-10 dəqiqə ərzində icra edilir.
Hazırda Ədliyyə Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə belə etibarnamələrin verilməsinin yaxın vaxtlarda MYGOV portalı vasitəsilə də təşkil edilməsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 10621
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Baş prokurora I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- Naxçıvanın ədliyyə nazirinə ali xüsusi rütbə verilib
- Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
- Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir
- Amnistiya Aktı indiyədək 101 nəfərə şamil olunub
- Fikrət Məmmədov türkiyəli həmkarı ilə görüşüb
- Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb