Çində daha 730 insan koronavirusdan sağaldı
12:41 20 Mart 2020
Son gün ərzində Çində koronavirusdan üç nəfər dünyasını dəyişib.
Femida.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Məlumata görə, virusa yoluxanların sayı 39 nəfər artıb, daha 730 nəfər sağalıb.
Komitə bildirib ki, ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 80 900 nəfərə çatıb, onlardan 71 000 nəfəri sağalıb, 3 248 nəfər ölüb.
Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib.
Mütəxəssislər xəstəliktörədicinin koronavirus olduğunu müəyyənləşdirib. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.
Femida.az
Oxunub: 409
Oxşar xəbərlər
- Bakıda toy kortecində avtoxuliqanlıq edən sürücülər saxlanılıb
- Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib
- Çində qəzaya uğrayan “Boeing 737”nin sərnişinlərinin meyitləri hələ tapılmayıb
- Peskov: "Rusiya Çindən Ukraynadakı əməliyyatla bağlı yardım istəməyib"
- 14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəman
- Çində 7 nəfəri bıçaqla öldürən şəxs özünü çaya atıb
- Çində partlayış olub, ölən və yaralanan var
- Çində daşqınlar nəticəsində azı 15 nəfər ölüb, itkin düşənlər var
- Təcridxanaya soğan və corabın içində narkotik keçirmək istədilər - Foto
- Çində təhsil alan azərbaycanlı idmançı vəfat edib