Gürcüstanda dövlət sərhədini keçən hər kəs karantinə yerləşdiriləcək
13:16 20 Mart 2020
Bu gündən Gürcüstanın dövlət sərhədini keçən hər kəs məcburi karantinə yerləşdiriləcək.
Femida.az xəbər verir ki, bu barədə Gürcüstan Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze məlumat verib.
Nazir deyib ki, ölkə ərazisinə daxil olan şəxslərin karantinə yerləşdirilməsi məqsədi ilə Baş nazirin göstərişi əsasında “Sınıq Körpü”, Sarp və Lars gömrük keçid məntəqələri yaxınlığında karantin bölgələri yaradılıb.
Qeyd edək ki, martın 18-dən etibarən Gürcüstana əcnəbilərin girişi məhdudlaşdırılıb.
Femida.az
Oxunub: 408
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda zəlzələ olub
- NATO-nun xüsusi nümayəndəsi Gürcüstandadır
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib