İranlı jurnalistin adı Azərbaycan XİN-in "qara siyahısı”ndan çıxarıldı
14:02 20 Mart 2020
İran İslam Respublikasının vətəndaşı, jurnalist Mirqasım Momeni Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, məktubunda Mirqasım Momeni Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.
Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu qeyd edib. İran İslam Respublikasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Oxunub: 551
Oxşar xəbərlər
- İranlı narkotacir Azərbaycanda saxlanıldı
- İranlı nazir Azərbaycandan kömək istədi
- İranlı general koronavirusdan ÖLDÜ
- İranlı nazir İlham Əliyevin qəbulunda
- İranlı nazir Bakıya gələcək
- İranlı vəkildən böyük jest: "Yaşasın Azərbaycan" dedi
- İranlı nazir ABŞ-a dəvət olunub
- İranlı deputatlar Milli Məclisdə olublar
- İranlı admiraldan ABŞ-a - XƏBƏRDARLIQ
- İranlı qadın narkotik satarkən yaxalandı - Bakıda