Gəncə sakinindən marixuana götürülüb


15:01     20 Mart 2020 2020/03/marij-1584696093_1584698887.jpg

Gəncə şəhər sakini A.Məhərrəmov saxlanılmış və ondan marixuana aşkar edilərək götürülüb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Məhərrəmov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 14 qrama yaxın marixuana götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən isə əlavə olaraq 408 qram marixuana götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 219