Gürcüstanda koronavirusa yoluxanların sayı 44 nəfərə çatdı


21:53     20 Mart 2020 2020/03/korono_1584719681.jpg

Gürcüstanda koronavirusa daha bir yoluxma halı təsdiqlənib.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Bununla koronavirusa yoluxanların sayı 44-ə çatıb.

Qeyd edilir ki, hazırda karantində 1 925, stasionar nəzarətdə isə 271 nəfər saxlanılır.

Koronavirusa yoluxan pasiyentlərdən biri tam sağalaraq evə buraxılıb.

Açar sözlər:

Oxunub: 427