Salyanda maşın aşdı, 1 nəfər xəsarət aldı


17:25     21 Mart 2020 qeza.jpg

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Renault” markalı minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Fətullayeva Səbahət İsmayıl qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 458