"ASAN xidmət" Koronavirusla mübarizəyə 200 min manat ayırdı


13:19     22 Mart 2020 asan_xidmet_1427465400.jpg

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD" publik hüquqi şəxsi və "ASAN Radio" tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürülməsi qərara alınıb.

Bu barədə Femida.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq vəsait Dövlət Agentliyi əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.

Dövlət Agentliyinin kollektivi koronavirusla mübarizədə də Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir.

Femida.az

Açar sözlər: #asanxidmət  

Oxunub: 388