Astarada 28 yaşlı gənc özünü asıb


13:53     22 Mart 2020 intihar5.jpg

Astara rayonunda intihar hadisəsi baş verib.

Hadisə Şiyəkəran kəndində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü kənd sakini Vüqar Rasim oğlu Məmmədovun kəndirdən asılı vəziyyətdə cansız bədəni həyətdəki tövlədə aşkar olunub.

V. Məmmədovun subay olduğu deyilir. Onun ölüm səbəbi hələlik məlum deyil.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 249