Daha 34 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə edildi
14:29 22 Mart 2020
Bu gün Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın “Şeremetyovo” hava limanından Bakıya yola salınıb.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Azərbaycan vətəndaşlarının Bakıya yola salınması səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub.
“Yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın vətənə yola salınması məsələsi səfirliyin ciddi nəzarəti altındadır. Burada səfirlik “AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir.
Azərbaycana getmək istəyən soydaşlarımıza Səfirliyin “qaynar xətlərinə” (+7977 442 2954, +7977 442 2964) və ya “AZAL”ın Moskvadakı nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələrini xahiş edirik” - deyə, səfirliyin məlumatında qeyd olunub.
Femida.az
Oxunub: 731
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb