DTX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 min manat köçürdü


17:23     22 Mart 2020 dtx.PNG

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 min manat məbləğində vəsait köçürülüb.

Femida.az xəbər verir ki, həmin vəsaitin köçürülməsi Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının könüllü istəyi ilə onların aylıq pul təminatı hesabına həyata keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 398