Hacıqabulda oğurluq edən şəxslər saxlanıldı


18:56     22 Mart 2020 hebs5.jpg

Hacıqabul rayonunun Atbulaq kəndində yaşayan yerli sakin ona məxsus konteynerdən 3 min manat dəyərində paltarın oğurlanması barədə Hacıqabul Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Femida.az -ın məlumatına görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluq hadisəsini törədən əvvəllər Cinayət Məcəlləsinin 180.1, 317-2.1 və 67.1 maddələri ilə məhkum edilmiş, məhkumluğu tam ödənilməmiş Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Xakipur Şəhriyar Mikayıl oğlu və Yevlax rayonunun İsmayılabad kənd sakini, 1990-cı il təvəllüdlü İbrahimov İbrahim İslam oğludur.

Hər iki şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 166