Yanan binanın təmirinə başlanılıb


15:18     22 May 2015 azərişıq04.jpg

Bakının Binaqədi rayonunda faciə ilə nəticələnən yanğının baş verdiyi binada təmir-bərpa işlərinə start verilib.


Femida.az xəbər verir ki, bu gün səhərdən binanın yanmamış hissənin poliuletan üzlüyünün sökülməsinə başlanılıb.

Qeyd edək ki, mayın 19-da baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Binanın təmir-bərpası barədə qərar qəbul edilib, Nazirlər Kabineti bu işlər üçün 3 milyon manat ayırıb.

Açar sözlər:

Oxunub: 813