Kürdəmirdə 30 yaşlı kişi döyüldü
10:56 23 Mart 2020
Kürdəmirdə döyülmə hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Sor-sor kəndində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Qəniyev Mehman Təvəkkül oğlu tanıdığı şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, təcili yardımın köməyi ilə əvvəlcə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəsarəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı M.Qəniyevə sağ baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 448
Oxşar xəbərlər
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
- Kürdəmirdə sərnişin mikroavtobusu aşıb, 8 nəfər xəsarət alıb
- Kürdəmirdə qatarın vurduğu 44 yaşlı kişi xəstəxanada ölüb
- Kürdəmirdə avtomobil su kanalına düşüb