DYP sürücü və sərnişinlərə xəbərdarlıq etdi
13:19 23 Mart 2020
Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudiyyətlə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan şəxslərin mart ayının 19-dan 29-dək qeyd olunan ərazilərə girişləri üçün qadağanın qüvvədə olmasına baxmayaraq, ayrı-ayrı minik və yük avtomobillərinin sürücüləri tərəfindən qeydiyyatsız sərnişinlərin daşınması hallarına tez-tez rast gəlinir.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Femida.az-a verdiyi məlumata görə, qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən bir daha xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranmaması, habelə özlərinin məsuliyyətə cəlb edilməmələri üçün xüsusi rejimə ciddi riayət edilsin, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan sərnişinlərin həmin istiqamətdə daşınması hallarına yol verilməsin.
Əks təqdirdə respublikanın müxtəlif şəhər və rayonlarından qeydiyyatı olmayan sərnişinlərin daşınması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması, yəni epidemiya əleyhinə rejimin pozulması kimi qiymətləndiriləcək və bu qaydaları pozmuş sürücü və sərnişinlərə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə və ya bir ayadək müddətə inzibati həbs cəzası tətbiq ediləcək.
Femida.az
Oxunub: 2326
Oxşar xəbərlər
- DYP sürücülərə müraciət edib
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DYP yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib
- DYP şagirdlərin ekskursiyalarını təşkil edən şəxslərə müraciət ünvanlayıb
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- DYP: “Vətəndaşlarımızdan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik”
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- DYP avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib
- Özünü DYP rəhbərinin qohumu kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub