Baş Prokurorluq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 857 min manat köçürdü


13:39     23 Mart 2020 Prokurorluq_Yeni_Bina4.jpg

Azərbaycan Respublikasının Baş Prokurorluğu koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 857 min manat məbləğində vəsait köçürüb.


Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov Femida.az-a bildirib ki, sosial həmrəylik nümayiş etdirən Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanları işçilərinin könüllü istəyi ilə aylıq vəzifə maaşlarının 50 faizini təşkil edən həmin vəsaitin ianə verilməsi dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq həyata keçirilib.

Femida.az

Açar sözlər: #başprokurorluq  

Oxunub: 457