“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat köçürüb

14:08     23 Mart 2020 20_03_23_1584958207.jpg

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Bu barədə Femida.az-a ASCO-dan məlumat verilib.

Məlumata görə, ASCO Fonda 500 min manat məbləğində vəsait köçürüb. Eyni zamanda, koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri davam etdirilir. Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və “qaynar xətt” də fəaliyyət göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 478