“Azərenerji”dən Koronavirusla Mübarizəyə 1 milyon manatlıq dəstək


14:11     23 Mart 2020 azerenerji.png


“Azərenerji” ASC koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.


Bu barədə Femida.az-a ASC-dən bildirilib.

Belə ki, “Azərenerji” ASC-nin əmək haqqı və qənaət olunmuş maliyyə imkanları hesabına 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 473