DOST Agentliyindən koronovirusla mübarizəyə 100 000 manatlıq dəstək


15:35     23 Mart 2020 20_03_23_1584963394.jpg

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi də öz dəstəyini göstərib.


DOST Agentliyi dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

Agentliyin kollektivi əmindir ki, qlobal pandemiyanın respublikamızda yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən aparılan ciddi proflaktik və preventiv tədbirlər öz uğurlu nəticəsini verəcək.

Femida.az

Açar sözlər: #DOSTAgentliyi  

Oxunub: 613


Oxşar xəbərlər