AZAL aviareyslərlə bağlı məlumat yaydı


18:19     23 Mart 2020 azal%20(4).jpg

Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.

Bu barədə Femida.az -a "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumat verilib.

Qeyd edək ki, koronavirus infeksiyasının (“COVİD-19”) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 340