Dünyada koronavirusdan ölənlərin sayı 14 mini keçib
09:17 24 Mart 2020
Dünyada koronavirusa yoluxanların sayı ümumilikdə 332 930 nəfərə çatıb, 14 510 nəfər isə bu virusun qurbanına çevrilib.
Femida.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində qeyd olunub.
Statistikaya görə, yoluxmuşların sayı gün ərzində 40 mindən çox artaraq 332 930-a, ölüm hallarının sayı isə 1727 nəfər artaraq 14 510-a çatıb. Ən çox yoluxma və ölüm Avropa bölgəsində qeydə alınıb - müvafiq olaraq 171 424 yoluxma və 8743 ölüm halı.
İkinci yerdə Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi yer alır. Martın 23-nə olan məlumata görə, burada 95 637 yoluxma və 3473 ölüm hadisəsi qeydə alınıb.
Gün ərzində üç yeni ölkədə koronavirus aşkarlanıb.
Femida.az
Oxunub: 414
Oxşar xəbərlər
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 482,3 milyonu ötüb
- Dünyada koronavirusa yoluxma sayı 480 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 466 milyona çatır
- Dünyada koronavirusa yoluxanların sayı 456 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 450 milyon nəfəri ötüb