Neftçalada mənzildə partlayış olub - FOTO
10:58 24 Mart 2020

Neftçalada mənzildə qaz sızmasından partlayış baş verib.
Femida.az-ın məlumatına görə, axşam saatlarında Neftçala şəhəri H.Əliyev prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində 1932-ci il təvəllüdlü İmanova Bacıbacı Allahverdi qızına məxsus mənzildə partlayış baş verib.
Partlayış nəticəsində ev sahibi 3-cü dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Partlayışın gücündən blokda yerləşən 7 mənzilə və binanın qarşısında dayanan 3 avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Neftçalada azyaşlı qohumuna təcavüz edən şəxs həbs olunub - RƏSMİ
- Neftçalada 49 yaşlı kişi bıçaqlanıb
- Neftçalada motosiklet qəzaya uğradı, ölən var
- Neftçalada 36 yaşlı qadın yol qəzasında xəsarət aldı
- Neftçalada yeniyetmə qızın qeyri-etik fotolarını yayan şəxs tutulub
- Neftçalada kafe yanıb
- Neftçalada qadın traktorun altında qalaraq ölüb
- Neftçalada 50 yaşlı kişi intihar etdi
- Neftçalada tutulan vəzifəli şəxslər məhkəmə qarşısına çıxarıldı
- Neftçalada qəza - Maşınlardan biri yandı