Polis sürücülərə tibbi spirt, maska və əlcək payladı
11:27 24 Mart 2020
Xaçmaz Rayon Polis Şöbəsi koronavirus pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq maraqlı aksiya təşkil edib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.aza verilən məlumata görə, tədbir çərçivəsində Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çadırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.
Aksiya çərçivəsində ümumilikdə 300-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanıb. Eyni zamanda bu tədbirlər Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında da davam etdirilir. Belə ki, şöbəyə gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya olunması, əlcək və tibbi maska ilə təmin olunması həyata keçirilir.
Rayon sakinləri və sürücülər Xaçmaz polisi tərəfindən keçirilən bu nəcib aksiyaya və göstərilən diqqətə görə bütün polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.
Femida.az
Oxunub: 430
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Polis Yevlaxda əməliyyat keçirib, ata-oğul saxlanılıb
- Polis qadını iş başında tutdu: Görün nə edirmiş +VİDEO
- Polis azad edilmiş ərazilərə keçmək istəyən yeniyetməni saxlayıb
- Polis bu qızı axtarır - Foto
- Polisin şöbədə arvadını öldürdüyü an - VİDEO
- Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası verilib
- Polis əməliyyat keçirib, “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
- Polis əməliyyat keçirib, 76 kq narkotik dövriyyədən çıxarılıb