Gürcüstanda 28 Azərbaycan vətəndaşı karantində saxlanılır


11:31     24 Mart 2020 2020/03/1585034382909_26n0lpds_1585035350.jpeg

Gürcüstanda Saxere karantin zonasında 28 Azərbaycan vətəndaşı karantində saxlanılır. Femida.az xəbər verir ki, bu barədə klinikanın direktoru Mixeil Kamuşadze bildirib.

O qeyd edib ki, hazırda karantin zonasında ümumilikdə 62 nəfər saxlanılır ki, onlardan 28-i Azərbaycan vətəndaşıdır. Karantində saxlanılanlardan 6-da koronavirusun tipik sindromları var və onlardan götürülən analizlər artıq laboratoriyaya göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 149