Sumqayıt sakinindən nömrəsi silinmiş tapança götürülüb


13:04     24 Mart 2020 20_03_24_1585040745.jpg

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həmzəyevdən nömrəsi silinmiş “Makarov” markalı tapançası götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ondan həmçinin 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək müsadirə olunub.

Açar sözlər:

Oxunub: 465