Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA
13:16 24 Mart 2020
Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu gündən ölkədə xüsusi karantin rejimi tətbiq edilib.
Bu rejim çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Daxil İşlər Nazirliyinə həvalə olunub. Buna baxmayaraq, hazırda karantin qaydalarını pozaraq, küçələrə çıxan yaşlı insanlar müşahidə edilir. Bəs belə məqamda sağlamlıqlarını təhlükə altına alaraq, karantin rejiminin tələblərini pozan ahıllarımızı nə gözləyir?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hər kəs sağlamlıq naminə qoyulan qadağalara riayət etməlidir:
REKLAM
sab.az
Читать дальше
“Ola bilər ki, hansısa vətəndaşlar bilməyərəkdən küçələrə çıxır və gəzir. Onlar anlamalıdırlar ki, görülən tədbirlər vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunması məqsədini güdür. Yaşlı, gənc demədən hər birimiz bütün tədbirlərə ciddi riayət etməliyik. Sevindirici haldır ki, böyük əksəriyyət qadağalara əməl edir, atılan addımları anlayışla qarşılayır”.
O ki qaldı qadağaları pozan 65 yaşdan yuxarı şəxslərlə bağlı tədbirlərə, DİN rəsmisi deyib ki, ilk növbədə onlarla maarifləndirici və izahedici danışıqlar aparılacaq:
“Karantin rejiminin tələblərini pozaraq küçələrə çıxan ahıllara xəbərdarlıq edilərək evlərinə yola salınacaqlar”.
Oxunub: 752
Oxşar xəbərlər
- Karantin müddətinin azaldılması yanvarın 24-dən əvvəl yoluxanlara da aiddir - RƏSMİ
- Karantin rejimi ilə bağlı 24 mindən çox ticarət obyekti monitorinq edilib
- Karantin rejimi ilə bağlı 13 mindən çox ticarət obyekti monitorinq edilib
- Karantin rejimini pozan mikroavtobus sürücüləri cərimələnib
- Karantin rejimini pozan vəzifəli şəxsə cinayət işi açıldı
- Karantin qaydalarını pozan çay evləri cərimələndi
- Karantini pozan 40 nəfər həbs edilib
- Karantin qaydaları pozuldu: 5 şadlıq evi cəzalandırıldı
- Karantin qaydalarını pozan restoranlar cərimələnib
- Karantin qaydalarını pozan çayxana aşkarlandı