Gürcüstanda karantinə alınanların sayı 4 mini ötdü


13:45     24 Mart 2020 20_03_24_1585043190.jpg

Gürcüstanda koronavirusla bağlı karantində saxlanılanların sayı 4 055 nəfər təşkil edir.


Femida.az -ın xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.

Qonşu ölkədə 57 aktiv koronavirus daşıyıcısı var. Stasionar nəzarətdə 252 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 66 yoluxma halı təsdiqlənib. Yoluxanların 9-u tam sağalaraq evə buraxılıb.

Açar sözlər:

Oxunub: 349