ATU Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi


14:56     24 Mart 2020 Pul-manat-dfollar_3.jpg

Azərbaycan Tibb Universiteti (ATU) koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

ATU-dan Femida.az-a verilən məlumata görə, Fonda 50 min manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, koronavirusla mübarizə müddətində ATU-nun həkim heyəti, klinikaları və işçi qüvvəsi gücləndirilmiş rejimlə çalışır.

Açar sözlər:

Oxunub: 401