Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb - RƏSMİ


17:25     24 Mart 2020 20_03_24_1585055121.jpg

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb.


Femida.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib.

Qurum yarışın təşkilatçıları ilə müzakirələrdən sonra belə addımın zəruri olması qənaətinə gəlib. Müzakirələr zamanı koronavirus pandemiyasının bütün dünyada yayılması üzündən Olimpiadanın təşkilinin mümkünsüzlüyü nəzərə alınıb. Oyunlar bir il sonra – 2021-ci ilə qədər təxirə salınıb.


Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Açar sözlər:

Oxunub: 582