DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürdü


18:00     24 Mart 2020 miqrasiya1.jpg

Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayrılıb.

Bu barədə Femida.az-a DMX-nin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin kollektivi də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycan xalqı ilə həmrəydir.

Femida.az

Açar sözlər: #DMX   #Miqrasiya   #ianə  

Oxunub: 630