Polis vətəndaşların sağlamlığının qorunmasına xidmət edir - VİDEO


20:55     24 Mart 2020 trend_ppx_polis_main.jpg


Paytaxt polisi koronavirus infeksiyasına qarşı profilaktik tədbirlər çərçivəsində fəaliyyətini davam etdirir.


Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

"İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejiminin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar"-deyə, məlumatda qeyd olunub.



Femida.az

Açar sözlər: #polis  

Oxunub: 758