BNA koronavirusla mübarizəyə 200 min manat ayırdı
11:20 25 Mart 2020
Bakı Nəqliyyat Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində ianə edib.
Femida.az-ın məlumatına görə, həmçinin xüsusi rejimli xəstəxanalarda xidmət edən 120 nəfər tibb işçisinin ailələrinə 200 azn-lik hədiyyə kartı verilib. Bu kart vasitəsi ilə onlar “Bravo” supermarketlər şəbəkəsindən ərzaq və gündəlik təlabat mallarını ala bilərlər.
Məqsəd sağlamlıqlarını risk altına ataraq koronovirus (COVİD-19) yayılmasına qarşı fədakarcasına mübarizə aparan, iş fəaliyyəti ilə əlaqədar ailələrindən kənarda qalan tibb işçilərinə dəstək olmaqdır.
Bakı Nəqliyyat Agentliyinin kollektivi bu günlərdə göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa görə tibb işçilərinə təşəkkürünü bildirir, onlarla həmrəy olduğumuzu ifadə edir.
Eyni zamanda, Agentlik bir daha vətəndaşlarımızı anlayış və məsuliyyət nümayiş etdirməyə dəvət edir. Qurum əmindir ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.
Femida.az
Oxunub: 387
Oxşar xəbərlər
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- BNA: "92 avtobusun hərəkət intervalında gecikmələr var"
- BNA: "35 müntəzəm marşrut xətti üzrə gecikmələr var"
- BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
- BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb
- Yol qəzası bu yollarda tıxaca səbəb oldu
- Bakının bəzi yollarında sürət həddi endirilib
- BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib
- "Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək" - BNA
- "Təzə gətirilən avtobuslar xəttə buraxılmayıb” - BNA