Azərbaycanda yaşı 60-dan çox olan vəkillər karantin dövründə üzvlük haqqı verməyəcək


12:53     25 Mart 2020 20_03_25_1585126455.jpg


Koronavirusla mübarizə sahəsində Azərbaycan Vəkillər Kollegiyasi rəyasət heyəti əlavə preventiv tədbirlər barədə qərar verib.


Femida.az xəbər verir ki, ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət və bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23.03.2020-ci il tarixli qərarını nəzərə alaraq Vəkillər Kollegiyası Rəyasət Heyəti aşağıdakıları qərara alır:

1. 60 və daha yuxarı yaşlı vəkillər karantin dövründə üzvlük haqqından azad olunsunlar;

2. Karantin dövründə 60 və daha yuxarı yaşlı vəkillər vəkil qurumlarında növbətçiliyə cəlb olunmasınlar;

3. Bütün vəkillər öz müvəkkilləri ilə, habelə digər şəxslərlə ünsiyyətdə İKT texnologiyalarından və elektron rabitə vasitələrindən istifadəyə üstünlük versinlər;

4. Karantin dövründə müqavilələrin elektron qaydada bağlanılmasına icazə verilsin (müqavilələr imzalandıqdan sonra skan edilməklə tərəflər arasında elektron poçt və ya digər elektron üsullarla göndərilməklə);

5. Vəkil qurumları iş rejimlərini maksimum dərəcədə məhdudlaşdırsınlar;

6. Zəruri hallarda vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı və vəkil qurumları vətəndaşlara vəkillərin elektron reyestri vasitəsilə vəkil seçmək imkanlarını izah etsinlər;

7. Qətimkan tədbirinin seçilməsi ilə bağlı işlər əgər 60 və daha yuxarı yaşlı vəkillərin icraatında olarsa və bu işlər karantin dövrünə düşərsə, müvəkkilin konfedisiallıqla bağlı razılığı alınaraq həmin işlər vəkil qurumlarının digər vəkillərinə həvalə edilsin;

8. Vəkillərə özünüqoruma vasitələrindən - maskalardan, antibakterial mayelərdən istifadə etmələri bir daha bildirilsin;

9. Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatı tanış olmaları üçün bu qərarı vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin diqqətinə çatdırsın.

Femida.az

Açar sözlər: #vəkil   #vəkillərkollegiyası  

Oxunub: 3040