Naxçıvanda tənha ahıllara sosial xidmətlər göstəriləcək


13:50     25 Mart 2020 2020/03/photo-1585128612_1585129911.jpg

Naxçıvan Muxtar Respublikasında tənha ahıllara sosial xidmətlər göstəriləcək.

Femida.az xəbər verir ki, bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 65 yaşdan yuxarı olan tənha ahıllara sosial xidmətlərin göstərilməsini təmin etməli, həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər onlara xidmət göstərməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 462