“Sınıq Körpü” məntəqəsindən keçid saatı azaldılıb


14:18     25 Mart 2020 2020/03/1585129759220_NCd2OTAa_1585131695.jpeg

Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü” sərhəd-keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib.


Bu barədə Femida.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, dəyişikliyə əsasən, vətəndaşlar sərhəd-keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.

Dəyişikliyin yük daşımalarına şamil edilmədiyi bildirilib.

Açar sözlər:

Oxunub: 364


Oxşar xəbərlər