Analitik Ekspertiza Mərkəzi də KMDF-yə vəsait köçürüb


14:40     25 Mart 2020 sehiyye5.jpg

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, Mərkəz Fonda 50 min manat məbləğində vəsait köçürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 456