DİN: Bərbərxana və gözəllik salonlarının iş rejiminə məhdudiyyət qoyulmayıb


15:28     25 Mart 2020 2020/03/1585134508887_0mLHdlKp_1585135812.jpeg

Azərbaycanda elan edilən xüsusi karantin rejimində ictimai-iaşə müəssisələrinin fəaliyyətinə aydınlıq gətirilib.


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Femida.az-a açıqlamasında bildirib ki, karantin rejiminə əsasən, ictimai-iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunub, müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

E. Zahidov bildirib ki, karantin rejimi müddətində restoran, kafe və çayxanalarda müştərilərə yerində xidmət vaxtı saat 12.00-dan 15.00-a qədərdir: “İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti ümumiyyətlə dayandırılıb. Digər ictimai-iaşə müəssisələrinin fəaliyyətində isə hər hansı dəyişiklik yoxdur. Yəni bərbərxana, gözəllik salonları, avtomobil yuma məntəqələri, pinəçilərin iş rejiminə məhdudiyyət nəzərdə tutulmayıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 485