DSX rəisi Dağıstanın Sərhəd İdarəsinin rəhbəri ilə görüşdü


15:30     25 Mart 2020 2020/03/bfc34083-0dcd-461e-9023-0178dee876e6_1585135945.jpg

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfəri çərçivəsində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəhbəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçirib.


Bu barədə Femida.az-a Dövlər Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanışlarının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərəkətinin müvəqqəti olaraq yalnız “Samur” (AR) – “Yaraq-Qazmalar” (RF) dövlət sərhədindən buraxılış məntəqəsindən, avtomobil nəqliyyat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən buraxılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 607