İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - 5 qanun layihəsini plenar iclasa tövsiyə edib


15:42     25 Mart 2020 milli-meclis.jpg

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onlayn sistemlə iclas keçirib.


Bu barədə Femida.az-a komitənin sədri Tahir Mirkişili məlumat verib.

Komitənin sədri ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirdi: “ Ümumiyyətlə, bu virus dünyada yayılandan Azərbaycan öz vətəndaşlarını qorumaq üçün operativ olaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə başladı və bu tədbirlər hazırda da hökumət tərəfindən davam etdirilir. Vəziyyət tam nəzarətdədir.”

İclasın gündəlikdə olan beş qanuna uyğunlaşma xarakterli dəyişikliklərlə bağlı qərar qəbul edilib.

Onlayn müzakirələrin sonunda sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul edilib.

Plenar iclasa tövsiyə olunan qanun layihələri bunlardı:

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

- Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

- “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Femida.az

Açar sözlər:

Oxunub: 478