İspaniyada son sutka ərzində 738 nəfər koronavirusdan ölüb
16:02 25 Mart 2020
İndiyə qədər İspaniyada 47 min 610 nəfər yeni tip koronavirusa (COVİ-19) yoluxub.
Femida.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb. İspaniyada son sutka ərzində 7 937 nəfər koronavirusa yoluxub, 738 nəfər ölüb. Ümumilikdə virusa yoluxanlardan 3 434 nəfəri ölüb, 5 367-si sağalıb. Beləliklə, koronavirusdan ölənlərin sayına görə İspaniya Çini geridə qoyub.
Ən çox virusa yoluxma isə İspaniyanın Madrid muxtar bölgəsində qeydə alınıb. Burada 14 597 nəfər koronavirusa yoluxub.
Xatırladaq ki, İspaniyada koronavirusa ilk yoluxma halı yanvarın 31-də qeydə alınıb.
Femida.az
Oxunub: 482
Oxşar xəbərlər
- İspaniyada Konstitusiya məhkəməsi 8 Mart aksiyasına icazə verməyib
- İspaniyada koronavirusdan ölənlərin sayı 19 mini ötüb
- İspaniyada son sutkada koronavirusa yoluxan 619 nəfər ölüb
- İspaniyada pandemiya qurbanlarının sayı 12 minə çatır
- İspaniyada təyyarə qəzaya uğrayıb
- İspaniyada parlament seçkiləri keçirilir
- İspaniyada barda atışma - Ölən və yaralananlar var
- İspaniyada erməni mafiyasına növbəti zərbə
- İspaniyada təyyarə qəzaya uğrayıb, ölənlər var