Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlandı - RƏSMİ


19:32     25 Mart 2020 20_03_25_1585150427.jpg

Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən şəxslərin sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumatda deyilir.

Bildirilir ki, hazırda karantində olanların sayı 2 914 nəfərə çatıb. Onların müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Açar sözlər:

Oxunub: 241