Ali məktəblərə sənəd qəbulu təxirə salındı
09:13 26 Mart 2020

Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020‑ci il 30 mart – 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb.
Bu barədə Femida.az-a DİM-in mətbuat xidmətindən məlumat verilib.
"Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, daha öncə təxirə salınan 11-ci sinif buraxılış (qəbul) imtahanları, həmçinin martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Dövlət İmtahan Mərkəzi vətəndaşları Nazirlər Kabineti tərəfindən müəyyən edilən özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud qabaqlayıcı tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırır", - deyə məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 286
Oxşar xəbərlər
- FHN: Xırdalanda partlayış baş verən evdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir
- "Azəriqaz": Xırdalanda partlayış ərazisindən yeraltı qaz kəməri keçmir
- Ombudsman Aparatı: Əfqan Sadıqov komada deyil
- DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”
- XİN: Vitaliy Milonovun Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik
- Oğlanlarda Yusif, qızlarda Zəhra - Azərbaycanda ən çox qoyulan adlar
- Baş prokuror: “Qarabağ Dirçəliş Fondu”nun yaradılması “Böyük Qayıdış”ın rəmzidir
- Peskov: ABŞ səfirliyinin açıqlaması Rusiyanın daxili işlərinə müdaxilədir
- Zahid Zairli: "Canavar" ləqəbli 20 yaşlı şəhidimiz
- XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək