Bakı polisi bir gündə 17 cinayətin üstünü açıb


10:01     26 Mart 2020 2020/03/256a7b92-3464-4eba-abbf-5f3b8b05ee70_1585202442.jpg

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də 17 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Femida.az-a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən sağlamlığa ağır zərər vurma 1, quldurluq üzrə 1, narkotiklərin qanunsuz dövriyyəsinə görə 4, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 4 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 5 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 449