Yaşı 65-dən yuxarı 10 mindən artıq tənha vətəndaşa evlərində xidmət göstərilir
12:26 26 Mart 2020
Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bütün sosial xidmət işçiləri səfərbər olunmaqla hazırda yaşı 65-dən yuxarı 10 mindən artıq tənha vətəndaşa evlərində gündəlik sosial məişət xidmətləri göstərilir.
Bu barədə Femida.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, Nazirlik tərəfindən bu sahədə aparılan işlərə, koronavirus pandemiyasından qorunmaları üçün evlərində çıxmaları qadağan edilmiş tənha yaşlılarımızın elə evlərində xüsusi qayğı ilə əhatə olunmasına dəstək verən qurumların sırası genişlənir.
“Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırır. Layihə çərçivəsində eyni zamanda, tənha yaşlılara dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkili kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulub.
Hazırda tənha yaşlıların evlərində sosial xidmətlərlə təminatı işlərində DOST və ASAN, YAP könüllüləri, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “SƏLİS” Birliyinin könüllüləri yaxından iştirak edirlər. Fövqəladə Hallar Nazirliyi, “Azərpoçt” MMC də öz dəstəyini göstərir.
“Azərmaş” ASC isə bu işlərə “Böyüklərimizi qoruyaq!” sosial aksiyası ilə qoşulmaqla sosial məsuliyyət prinsipinə sadiqlik nümayiş etdirir. Sosial xidmətçi və könüllülər tərəfindən tənha yaşlılarımıza evlərində xidmət göstərilməsi tədbirlərinin daha səmərəli və operativ təşkili üçün “Azərmaş” ASC bu aksiya çərçivəsində 100 avtomobil və sürücü ayırmaqla onları ödənişsiz taksi xidməti ilə təmin edir”, - deyə məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 540
Oxşar xəbərlər
- Yaşı 18-dən az olan tələbələrin kredit alması üçün müraciət forması sadələşdiriləcək
- Yaşı 65-dən yuxarı olanlara tövsiyə - Evdən çıxmayın
- Yaşı 65 yaşdan yuxarı insanların evdən çıxmasına qoyulmuş qadağa ləğv olunub
- Yaşıl meydanların azərbaycanlı ədalət təmsilçisi - FOTOLAR
- Yaşı 70-dən yuxarı olan 221 nəfər evlənib
- Yasında "selfi" çəkilən qadının oğlu danışdı: "O videonu ona görə çəkmişdik ki..."
- Yaşıllıq ərazidə tikinti aparan şəxs cərimələnib
- Yaşı 100-dən çox olan seçicilərin sayı açıqlandı