Hindistanda koronavirusa yoluxanların sayı açıqlandı


12:55     26 Mart 2020 2020/03/2b19ad04-2b7b-46c7-ad09-260bc30b58bc_1585212093.jpg

Hindistanda koronavirusa yoluxanların sayı 649 nəfər qeydə alınıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Hindistanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, martın 26-sı səhər saatlarına olan məlumata əsasən, koronavirusdan yoluxanların 13-ü ölüb.

İnformasiyaya görə, yoluxanların 602-si Hindistan, qalanı isə xarici vətəndaşlardır.

Xatırladaq ki, bir müddət əvvəl Hindistanın Baş naziri Narendra Modi ölkə üzrə 3 həftəlik karantin elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 560