Koronavirusa ilk dəfə bu şəxs yoluxub


14:07     26 Mart 2020 20_03_26_1585217389.jpg

Çində koronavirusa ilk dəfə yoluxan adam tapılıb.


Femida.az xəbər verir ki, bu barədə Çin KİV-i məlumat yayıb.

Bildirilib ki, Vey soyadlı bu qadın Uhanın “Xunan” bazarında diri xərçəng satırmış. 2019-cu il dekabrın 11-də naməlum səbəbdən onun hərarəti yüksəlib. O, klinikaya müraciət edib. Veyin sözlərinə görə, əvvəllər belə hallarda xəstəxanaya gedirmiş və bir iynə vurulduqdan sonra özünü yaxşı hiss edirmiş: “Bu dəfə isə hətta, iki iynə də kömək etmədi”.

Dekabrın 16-da Vey Xuaçjun Elmi-Texnologiya Universiteti yanında “Sexe” xəstəxanasına müraciət edib. Bir müddət sonra onun “Xunan” bazarında koronavirusa yoluxan ilk adam olduğu aşkarlanıb. Bəzi ehtimallara əsasən, məhz bu bazar infeksiyanın yayılma mənbəyi olub. Bununla belə mütəxəssislər daşıyıcısı heyvan olan bu virusun insana keçməsi şəraitini araşdıra bilməyiblər.

Dekabrın 31-də Uhanın səhiyyə üzrə komitəsi birinci qrupda 27 nəfərin yoluxduğunu bildirib.

Çin KİV “Xunan” bazarı ilə heç bir təması olmayan Çen soyadlı bir kişinin də virusa ilk yoluxduğunu aşkar edib. Dekabrın 16-da temperaturu yüksəldiyindən o, Uhan ətrafındakı xəstəxanaya müraciət edib. Çen virusa harada yoluxa biləcəyini başa düşmədəyini, ailə üzvlərinin sağlam olduğunu da vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 999