Nur-Sultan və Almatıda insanların evdən çıxışına qadağa qoyulub


18:59     26 Mart 2020 20_03_26_1585234311.jpg

Qazaxıstan hakimiyyəti Nur-Sultan və Almatı şəhərlərində karantin rejiminin gücləndirilməsi barədə qərar qəbul edib.


Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qərara əsasən, martın 28-dən etibarən hər iki şəhərin sakinlərinin evdən çıxışına qadağa qoyulub.

Nur-Sultan və Almatı sakinləri yalnız işə getmək, habelə dərman vasitələri və ərzaq məhsulları almaq üçün evlərini tərk edə bilərlər.

Xatırladaq ki, Qazaxıstanda 109 nəfər koronavirusa yoluxub. Koronavirus təhlükəsi ilə əlaqədar martın 16-dan etibarən ölkədə fövqəladə vəziyyət elan edilib, martın 19-dan isə Nur-Sultan və Almatı şəhərlərində karantin rejimi tətbiq olunub.

Açar sözlər:

Oxunub: 259