Lerik meşəsində ağacların kəsilməsi faktı araşdırılır - RƏSMİ
19:18 26 Mart 2020
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonu Hamarmeşə kəndinin yaxınlığında Gurdasar meşəbəyliyində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Femida.az -ın məlumatına görə, Regional Ekologiya İdarəsinin rəisi Rafael Tahirov bildirib ki, meşə sahəsinə keçirilən baxış zamanı 30-a yaxın ağacın kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib olunub.
“Hazırda Nazirliyin yerli qurumları və rayon polis şöbəsi tərəfindən təqsirkarların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir, nəticə barədə əlavə məlumat veriləcək”.
Nazirlik rəsmisi ağacların kəsilməsi ilə bağlı nazirliyə məlumat verən təbiətsevərlərə təşəkkürünü bildirib, vətəndaşları təbiət düşmənlərinə qarşı bundan sonra da birgə mübarizəyə çağırıb.
Oxunub: 639
Oxşar xəbərlər
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lerikdə yanğın olub, xəsarət alan var
- Lerik sakini ehtiyatsızlıqdan özünü güllələyib
- Lerikdə qanunsuz qazıntı işləri aparan şirkətlə bağlı məhkəməyə müraciət olunub
- Lerikdə icra nümayəndəsi və xəstəxana əməkdaşına cinayət işi açılıb
- Lerikdə bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
- Lerik-Kəlvəz yolunda qaya uçub
- Lerikdə dağlıq ərazidə yanğın- Helikopter qaldırıldı
- Lerikdə meşə yanır
- Lerikdə qadını öldürən molla məhkəmə qarşısına çıxarılır